Bakıda ciddi tıxac yaradan qalmaqallı yol təmirindən YENİ XƏBƏR - VİDEO

Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospektində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq aparılan təmir işləri sürətlə davam etdirilir.
Agentlikdən Avtosfer.az-a verilən xəbərə görə, hazırda təmir işləri sözügedən prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə doğru olan istiqaməti üzrə aparılır. Qeyd olunan hissənin uzunluğu 1630 metr təşkil edir.
Sözügedən istiqamət üzrə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınması işləri icra olunub. Ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq aparılır.
Təmir işlərinin bir neçə gün ərzində icra olunaraq yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, prospektdə aparılan təmir hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftəsonları icra olunur. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz satlarında da davam etdirilir.
Təmir işləri “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə və fasiləsiz olaraq keçirilir. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub, zəruri hallarda isə iki növbəli iş qrafiki tətbiq edilir.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












