Bakıda elektrik avtobuslarının sayı 1100-ə çatdırılacaq - Nazirlik rəsmisi

Azərbaycanda hazırda 2 milyonadək avtomobil var. Bunların yarısı Bakı şəhərinin payına düşür.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin aparıcı məsləhətçisi Nərgiz Gülmalıyeva Bakı Enerji Həftəsi çərçivəsində Baku Expo Mərkəzində keçirilən “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı” mövzusunda paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2013-2014-cü illərdə Bakıda hər 100 ailəyə 120 avtomobil düşürdü.
“Hazırda isə bu rəqəm bir qədər azalıb. Buna səbəb ölkə başçısı İlham Əliyevin ətraf mühitin qorunması ilə bağlı apardığı önəmli siyasətlə bağlıdır. Xüsusilə bu il ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri ilə əlaqədar bir sıra tədbirlər həyata keçiriləcək. COP29-la əlaqədar bu ilin sentyabrınadək Azərbaycana BYD şirkətinin istehsalı olan 160 ədəd avtobusun gətirilməsi nəzərdə tutulub. Həmçinin 2024-2026-cı illərdə Bakıda sərnişindaşımada “Brutto müqavilə” modelinə keçidin təmin edilməsi planlaşdırılır. Bununla da dizel avtobusların tamamilə dövriyyədən çıxarılaraq elektrik avtobuslar ilə əvəzlənməsi gözlənilir. Artıq 2026-cı ildə 1100 ədəd elektrik avtobusun istismara daxil olması planlaşdırılır”, - deyə N.Gülmalıyeva əlavə edib.
Nazirlik rəsmisi deyib ki, həm dövlət, həm də özəl operatorlara məxsus 13-dən artıq depoda, eləcə də başlanğıc və son dayanacaqlarda elektrik enerji infrastrukturlarının qurulması nəzərdə tutulur.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












