Bakıda sərnişin daşıyıcılarına yeni güzəşt və dəstək göstərilməsi üçün model hazırlanıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni dayanıqlı maliyyə modeli hazırlayıb.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, yeni modellə keyfiyyətli xidmət göstərən və keyfiyyətli avtobusları olan daşıyıcılara dövlətin maliyyə dəstəyi genişləndiriləcək.
"Sahibkarlara güzəştlərin, dəstəklərin verilməsi nəzərdə tutulur. Bu da, daşıyıcıya imkan verəcək ki, daha yaxşı avtobuslar alıb, istismara versin. Bu mexanizm tam təsdiq edildikdən sonra geniş təqdimatı keçiriləcək", - A. Rzayev bildirib.
Hazırda Bakı şəhəri üzrə sərnişin daşımalarını həyata keçirən 27 operator mövcuddur, 180 marşrut xətti üzrə 2 min avtobus fəaliyyət göstərir. Paytaxtda avtobusların sayının 2 500-ə çatdırılması nəzərdə tutulur.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












