Bakıda skuterlər üçün yeni yol çəkilişi planlaşdırılır

Rusiyanın "Sibir" şirkəti Bakıda mikromobil nəqliyyat layihəsini reallaşdırır.
Bunu ötən gün Avtosfer.az-a şirkətin direktoru, Strateji Təşəbbüslər Agentliyinin şəhər inkişafı üzrə nümayəndəsi Ramil Əliyev deyib.
Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti artıq "Sibir" şirkətinə elektrik skuterlərin icarə məntəqələri üçün ərazi ayırıb:
"İnsanların bir nöqtədən digərinə hərəkət etmək üçün bu nəqliyyat növündən fəal istifadəsi müşahidə olunur. Bu layihənin icrasından sonra paytaxt sakinləri skuter icarəyə götürəcək və onu çatdıqları məntəqədə qoya biləcək".
Şirkət direktoru bildirib ki, bu layihənin icrası Bakıda tıxacların azalmasına, eləcə də təmiz nəqliyyatın sayının artmasına gətirib çıxaracaq:
"Biz artıq Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə danışıqlar aparmışıq, şəhərin növbəti 20 il ərzində inkişaf planı ilə tanış olmuşuq. Bu plan çərçivəsində Bakının mərkəzində və bulvar boyunca dairəvi yolun tikintisi planlaşdırılır. Dairəvi yol velosiped cığırına da malik olacaq".
ted.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












