Bakıda smart tipli avtobus dayanacaq pavilyonları quraşdırılır - FOTO

Bakı şəhərində smart tipli daha bir neçə avtobus dayanacaq pavilyonu quraşdırılır.
Avtosfer.az xəbər verir ki, yeni dayanacaq pavilyonlarından biri metronun “Elmlər Akademiyası” stansiyasının, digəri isə Neftçilər prospekti, "Kukla Teatrı"nın qarşısında olacaq.
Xatırladaq ki, Bakıda ilk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin, ikincisi isə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında quraşdırılıb.
Onu da qeyd edək ki, tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir. Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda “BakıKart” ödəmə terminalı da var.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













