Bakıda “Yango” şirkətinin tərəfdaşı olan və yeni avtomobillərə malik taksi parkı açılıb - VİDEO

Bakıda “Yango” şirkətinin tərəfdaşı olan “Yes Park” adlı taksi parkının açılışı olub.
Sürücülərə sifarişləri yeni avtomobillərdə qəbul etməyə imkan verən park ümumilikdə 60-dan çox avtomobil əldə edib.
Taksi parkının açılışı “Yango”nun tələblərinə cavab verən tərəfdaşların avtomobil parkının yenilənməsi proqramı çərçivəsində baş tutub.
“Tərəfdaşlarımızla birlikdə biz taksi xidmətlərini sərnişinlər üçün daha rahat və təhlükəsiz etməyə çalışırıq” – “Yango” şirkətinin Azərbaycan üzrə rəhbəri Müşviq Həsənov bildirilib. O həmçinin qeyd edib ki, şirkət bu yaxınlarda daşıyıcı şirkətlərə yeni avtomobillərin alınması və lizinqi üçün güzəştli kredit şərtləri əldə etməyə imkan verəcək proqramın icrasına start verib.
“Bu, onlara avtomobil parkını qısa müddətdə modernləşdirməyə və göstərilən xidmət keyfiyyətini yüksəltməyə kömək edəcək. “Yes Park”ın açılışı proqramın işinin əyani nümunəsidir. Taksi parkında sürücülər üçün təlim mərkəzi fəaliyyət göstərir. Təlimlər sürücülərin peşəkarlıq səviyyəsini yüksəltməyə və sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərməyə kömək edəcək”.
“Yes Park”ın direktoru Orxan Əliyev deyib ki, xüsusi olaraq açılış üçün son illərin istehsalı olan 60 ədəd avtomobil almışıq.
"Avtomobil parkımızın üçdə bir hissəsini ekoloji cəhətdən təmiz nəqliyyat növü olan elektrik avtomobillər təşkil edir. Ümid edirik ki, “Yango” ilə birlikdə, xüsusilə bu il Bakıda keçiriləcək COP29 iqlim sammitinə hazırlıq çərçivəsində bu sahəni inkişaf etdirməyə davam edəcəyik”.

Açılış mərasimində iştirak edən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı verilən qərarların icrası artıq yerli şirkətlər, eləcə də transmilli şirkətlər tərəfindən icra olunmaqdadır.

“İndiyə qədər bazarda bir xaotik vəziyyət var idi, rəqabət və digər davranışlar oyun qaydalarına uyğun aparılmırdı. Bu gün Azərbaycan qanunlarına uyğun olaraq, yerli və transmilli şirkətlər öz işlərini qurublar. “Yango” şirkəti ili təzə olan, daha müasir tələblərə uyğun olan avtomobilləri taksi fəaliyyəti üçün vətəndaşların ixtiyarına verir. Hesab edirəm ki, bu parkın təməli bu gün qoyulursa, gələcəkdə daha geniş və müxtəlif məkanlarda parkların açılışına şahidlik edəcəyik. Bu o deməkdir ki, biz daha müasir taksilərdə səfər edəcəyik. Hesab edirəm ki artıq mümkünsüz kimi yanaşdığımız gördüyümüz düşüncələri kənara qoya bilərik. Bu gün bu parkda gördüyümüz avtomobillərin böyük əksəriyyəti 2018-ci ildən sonranın istehsalıdır, burada olan avtomobillərin əksəriyyəti 2023-cü ilin istehsalıdır. Bu parkda təkcə ekonom, komfort və biznes səfərlər üçün nəzərdə tutulan avtomobillər var. Yangonun bu addımı çox təqdirəlayiqdir, bu eyni zamanda sağlam rəqabət üçün imkan yaradacaq”.
.jpg)
.jpg)
.jpg)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR





















