Bakıda yeni piyada keçidləri tikilir - FOTO-VİDEO

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bakı şəhəri üzrə:
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Qala yolunda - Piyada keçidinin tikintisi aparılır və 85% tikinti-quraşdırma işləri görülüb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunda - Piyada keçidinin tikintisi aparılır və 12% tikinti-quraşdırma işləri görülüb.
Zığ yolunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında - Piyada keçidinin tikintisi aparılır və18% tikinti-quraşdırma işləri görülüb.
Xocasən - Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb.
Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:
M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 14,9-cu km - Piyada keçidinin tikintisi yekunlaşıb. Keçidin uzunluğu 40.5 metr, eni 3.5 metr, hündürlüyü 5.5 metr təşkil edir.
M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 18,5-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb.
M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 20,2-ci km - Piyada keçidinin tikintisi aparılır və 40% tikinti-quraşdırma işləri görülüb.
M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 25-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 21-ci km - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 46,9-cu km - Piyada keçidinin tikintisi aparılır və 20% tikinti-quraşdırma işləri görülüb.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu, 25,3-cü km - Piyada keçidinin tikintisi aparılır və 45% tikinti-quraşdırma işləri görülüb.




Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












