Bakıdan Mumbaya birbaşa uçuşlar başlayır

AZAL noyabr ayından etibarən Bakı-Mumbay arasından birbaşa uçuşlara başlayacaq.
Bu barədə Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib. Məlumata görə, uçuşlar həftədə iki dəfə olmaqla həyata keçiriləcək. Məlumata görə, bu da sərnişinlərin Bakıdan Mumbaya və əks istiqamətə beş saata çatmasına imkan verəcək. Artıq Mumbaydan uçuşlar üçün aviabiletlərin satışına başlanılıb və tələbatın yüksək olacağı gözlənilir: "Dekabrın ortalarında səyahət üçün Mumbay-Bakı reyslərində ekonom sinif yerləri hazırda aviaşirkətin saytında satılıb. Gediş-gəliş üçün biznes sinif oturacaqlarının qiyməti təxminən 1770 ABŞ dolları təşkil edir" - deyə, bildirilib.
Qeyd edək ki, avqust ayından etibarən Bakı və Dehli arasında həftədə iki dəfə olmaqla uçuşlara başlanılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












