Bakının Abşeron küçəsi təmir edilir - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Abşeron küçəsi döngə 21 ünvanında təmir işləri aparır.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, küçənin təmir olunan hissəsinin uzunluğu 1 500 metr, eni isə ortalama 6 metrdir. Aparılan yenidənqurma işləri çərçivəsində köhnə asfalt örtük frezlənib, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub.
Hazırda ərazidə yeni yol əsasının inşası işləri aparılır. Daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.
Bu ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26,5 kilometr küçə və yolun təmiri aparılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















