Bakının bu ərazilərində yeni parklar salınacaq - Memardan MÜNASİBƏT

Paytaxtın bir sıra ərazilərində yeni parkların salınması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, nəzərdə tutulan parklar 6 istiqamətdə salınacaq.
Baş plana görə, icra mərhələləri çərçivəsində Dənizkənarı Milli Parkın Zığ istiqamətində uzadılması, 28 may və Lökbatan ərazisində Hibrid Dəhlizlər daxilində yaşıllıqların salınması, Böyükşor gölü ətrafında Meşə parkın, Xocasən ərazisində mühafizə olunan təbiət parkının, Bülbülə və Zığ göllərinin təmizlənərək turizm zonalarının yaradılması planlaşdırılır. Layihənin 2026-2030-cu illər ərzində yekunlaşması nəzərdə tutulub.
Planlaşdırılan layihəylə bağlı memar Aysel Hüseynova Avtosfer.az-a məlumat verib. O bildirib ki, yaşıl zonaların, parkların sayının çoxalması müsbət addımdır. “Bakı şəhərinin köhnə Baş planına baxdığımız zaman yaşıllıqlarla (bitkilərlə, ağaclarla) bol olan şəhər idi. Təəssüf ki, Sovet hakimiyyəti dağılandan sonra yaşıllıqlar məhv olunmağa başladı. Ağacların böyük bir qismi kəsildi, bəzi parklar ləğv olundu. Məsələn, “Dədə Qorqud” parkı salındığı zaman ərazidə olan ağaclar kəsilmişdi. Ölkədə salınacaq yaşıllıqlar, parklar hər şeydən əvvəl təbiətin qorunmasıdır. Parkların sayının artırılması insanların istirahətiylə yanaşı sağlamlığı üçün də önəmlidir. Təbii ki, parklarda əkiləcək bitkilər düzgün seçilməlidir. Bizim ölkədə daha çox dekorativ baxımdan insanların diqqətini cəlb edən, fərqli bitkilərə üstünlük verilir. Lakin onların havanı təmizləməsinə, kölgə verməsinə diqqət edilmir. Köhnə parklarda isə əksinə yaşıllıq yaradan, hündür və eninə böyüyən bitkilərə üstünlük verilib. Belə olduqda parka gündüz vaxtları dincəlməyə gələn insanlar kölgədə otura bilirlər. Həmçinin bu parklarda skamyalar ağacların altında quraşdırıldığı üçün insanlar gündən qoruna bilirlər. Yaşıl zonaların say olaraq artması təqdirəlayiq addım kimi qiymətləndirilsə də, parkların düzgün şəkildə salınması önəmlidir. Təbii ki, şəhər, maşınyönümlü deyil, insanyönümlü qurulmalıdır”.
Nərmin
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










