Bakının Ələsgər Ələkbərov küçəsi təmir edilib - VİDEO

Bakının Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi təmir edilib.
Avtosfer.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, küçənin uzunluğu 860 metr, ortalama eni 10,5 metr təşkil edir.
Təmir çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri yerlərdə yol əsasının bərpası və müəyyən ərazilərdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri görülüb.
Küçə boyu 2000 p/metr səki daşı düzülüb, 90 min kv.m-ə yaxın sahəyə yeni asfalt-beton örtüyü döşənib.
Zəruri yerlərdə yeni yağış barmaqlıqları, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq yeni baxış qapaqları qoyulub. Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə verilib.
Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 km təşkil edən 5 küçə təmir edilib. Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3,5 km təşkil edən küçələr təmir edilib.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












