Bakının Şirin Mirzəyev küçəsinin bir hissəsi əsaslı təmir edilib - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nizami rayonunun Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinədək olan hissəsini əsaslı təmir edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, uzunluğu 500, eni ortalama 12 metr olan adıçəkilən hissənin təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenilənib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.
Bu zaman 10 313 kvadratmetr sahəyə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 2 350 kvadratmetr sahəsi asfaltlanıb, əraziyə 2 312 p/m yeni səki daşları düzülüb.
Eyni zamanda küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunub.
Bakının şimal girişində sıxlıq azaldacaq yeni yol tikilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















