"Dərnəgül yolu"nda yeni yerüstü piyada keçidi inşa edilib - FOTO
Yeniliklər
22 Sentyabr 2021 13:12

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə Bakının Ziya Bünyadov prospektində, 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında yeni yerüstü piyada keçidi inşa edilib. Avtosfer.az bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə, beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.
Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90,1 metr, qalereyanın uzunluğu 57,1 metr, daxili eni 3,5 metr, keçidaltı qabariti isə 5,8 metrdir.
İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.











Oxunub : 3892
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












