Bakıya elektrik mühərrikli avtobus gətirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan və icrasına başlanılan Bakı şəhərinin mobillik proqramı çərçivəsində paytaxta sınaq məqsədilə daha bir istehsalçının istismarda olmuş elektrik mühərrikli avtobusu gətirilib. Əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.
Avtosfer.az-ın nazirliyə istinadən xəbərinə görə, Çinin “Zhongtong Bus Holding Co. LTD” şirkəti ilə əməkdaşlıq çərçivəsində artıq müəyyən qədər istismar edilmiş “Zhongtong” markalı elektrik mühərrikli avtobus Özbəkistandan Bakıya gətirilib və yenidən istismara verilib.
Məqsəd elektrik mühərrikli avtobusların məhz bir müddət istismar olunduqdan sonra necə işləyəcəyini və mövcud şəraitə uyğunluğunu yoxlamaqdır. Avtobusun ümumi sərnişin tutumu 85 nəfərdir.
Yaxın günlərdə isə ölkəmizə digər şirkət tərəfindən istehsal edilən daha bir elektrik mühərrikli avtobus gətiriləcək. Avtobuslar sınaq müddətində yoxlanılaraq qiymətləndiriləcək. Nəticələrə uyğun olaraq, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqinə baxılacaq.
Qeyd edək ki, sentyabr ayından Bakıda marşrut xəttinə Çinin “BYD” şirkətindən alınan ilk elektrik mühərrikli avtobus buraxılıb. Avtobus tam enerji toplayaraq 350 km məsafə qət edə bilir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












