Bayden bu həftə yanacağın qiymətlərini endirmək üçün tədbirləri açıqlaya bilər

Bu həftə ABŞ prezidenti Co Bayden, OPEC-in hasilatı artırmaq istəməməsinə baxmayaraq, ölkədə neft məhsullarının qiymətlərinin aşağı düşməsinə kömək edəcək tədbirlərlə bağlı açıqlama ilə çıxış edə bilər.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib.
“O, hamıdan (neft ixrac edən ölkələrdən-red) tədarükün artmasını görmək istəyir, lakin əlində olan digər alətləri də nəzərdən keçirir. Ümid edirik ki, bu həftə bir bəyanat olacaq", - Qranholm verdiyi müsahibəsində deyib.
Həmçinin o qeyd edib ki, Ağ Ev rəhbərinin dünya bazarında qiymətlərə təsir etmək üçün məhdud "alətlər dəsti" var.
Nazir ölkədə yanacağın qiymətinə təsir edəcək konkret tədbirləri açıqlamayıb.
Xəbər verdiyimiz kimi, ötən cümə axşamı keirilmiş iclasda OPEC+ razılaşmasının ölkələri, idxalçıların, ilk növbədə ABŞ-ın neft hasilatını daha çox artırmaq çağırışlarına baxmayaraq, ayda 400 min bareldən çox olmayan neft hasilatını bərpa etmək planına sadiq qaldılar. Rusiya və Səudiyyə Ərəbistanının ortaq mövqeyi ondan ibarətdir ki, indiki şəraitdə tələbin azalması və qiymətlərin düşə biləcəyi səbəbindən neft hasilatını daha çox artırmaq mümkün deyil.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












