“Bayraktar TB3” gələn il ilk uçuşunu həyata keçirəcək
Türkiyənin yeni pilotsuz uçuş aparatı “Bayraktar TB3” 2022-ci ildə ilk uçuşunu həyata keçirəcək.
Bu barədə “Baykar Technologies” şirkətinin texniki direktoru Selcuk Bayraktar Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST” festvalında bildirib.
Bayraktar “Baykar Technologies” şirkəti tərəfindən hazırlanmış pilotsuz aviasiya sistemlərindən, həmçinin reallaşdırılması ən yaxın illərdə planlaşdırılan layihələrdən danışıb. "Biz gələcəyə baxaraq, “Bayraktar TB3” konsepsiyasını görə bilərik. Bu pilotsuz uçuş aparatı peykdən idarə olunmaqla minlərlə kilometrə məsafənin öhdəsindən gəlir. Söhbət ölçüləri “Bayraktar TB2”dən bir qədər böyük və “Akıncı”dan kiçik zərbə aparatından gedir", - o deyib.
Onun sözlərinə görə, “Baykar Technologies” şirkəti həmçinin yerli pilotsuz hərbi təyyarənin hazırlanması ilə məşğuldur. "Türkiyənin yeni pilotsuz hərbi təyyarəsi hərbi sferada əsl inqilab edəcək. Yeni təyyarə “Bayraktar TB3” kimi, qısa uçuş-enmə zolaqlarından istifadə edə biləcək", - Bayraktar deyib.
"Bizim pilotsuz aviasiyamız bir çoxlarına hərbi konsepsiyanı təkrar gözdən keçirməyə məcbur etdi. Ümid edirik ki, “Bayraktar TB3” 2022-ci ildə özünün birinci uçuşunu edəcək. Amma 2023-cü ildə yeni pilotsuz hərbi təyyarə layihəsini reallaşdırmağı planlaşdırırıq", - o əlavə edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












