“Boeing” kosmosa ilk astronavtlarını göndərir

Ən böyük təyyarə istehsalçısı “Boeing” şirkəti gələn həftə astronavtlardan ibarət ekipajla birlikdə ilk “Starliner” kosmik kapsulunu orbitə göndərməyə hazırlaşır ki, bu da ona İlon Maskın “SpaceX” kompaniyası ilə rəqabət aparmaq üçün mübarizədə qələbə qazanmaq şansı verir.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, “CST-100 Starliner” sınaq missiyası 1 milyard dollardan çox məsrəfdən sonra illərlə təxirə salınan bir mərhələdir. Şirkət kosmik gəminin kosmosa adi səfərlər üçün təsdiqlənməsindən əvvəl keçirilən son nümayişdə kommersiya ekipajı proqramı çərçivəsində iki NASA astronavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcək.
NASA son illərdə öz astronavtlarını və digər müştərilərini BKS-ə və daha iddialı “Artemida” proqramı çərçivəsində Aya və daha sonra Marsa daşıya biləcək yeni nəsil özəl kosmik gəmi layihəsini dəstəkləyib. “Starliner” isə agentliyin kommersiya məqsədli modelinin ən son məhsuludur.
Agentliyin köməkçi inzibatçısı Cim Fri buraxılışdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, yeni kosmik gəminin ilk ekipaj uçuşu tamamilə kritik bir mərhələdir. Onun sözlərinə görə, ekipaj üzvləri Sani Villiams və Batç Vilmorun həyatı risk altında ola bilər.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












