BTQ dəmir yolunun tam gücü ilə işləməsi üçün tədbirlər görülür - FOTO

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin tam gücü ilə işləməsi üçün birgə tədbirlər görülür.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətovun Gürcüstana və Türkiyəyə səfəri zamanı müzakirələr aparılıb.
Səfər BTQ dəmiryol xətti layihəsi çərçivəsində Gürcüstan və Türkiyə ərazisində tamamlanmaqda olan tikinti-quraşdırma işlərinin gedişatı ilə yerində tanışlıq məqsədi daşıyıb.
Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili və Türkiyə Dövlət Dəmir Yollarının rəhbər şəxsləri ilə keçirilmiş görüşlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə yükdaşımaların təşkili, Axalkalaki və Qarsda terminalların tikintisinin gedişatı, mövcud çətinliklərin həlli yolları, həmçinin ölkələrin tranzit potensialından daha səmərəli istifadə olunması və daşınan yüklərin həcminin artırılması məsələləri müzakirə edilib.
Ölkələrimizin iqtisadiyyatında, eləcə də nəqliyyat dəhlizlərinin inkişafında sözügedən layihənin xüsusi əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, 2007-ci il fevralın 7-də Tbilisidə Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Asiyadan Avropaya birbaşa, təhlükəsiz və effektiv yük daşınmasını təmin edən dəmir yolu xətti 2017-ci il 30 oktyabr tarixində istismara verilib. İstismara verildiyi gündən 2021-ci ilin ortalarınadək bu dəmir yolu xətti ilə daşınılan yük dövriyyəsinin həcmi 1 mln. tonu keçib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq




















