Bu avtomobil yolu yenidən qurulur - FOTO

Ordubad rayonunun Kələntərdizə-Qoşadizə avtomobil yolu təbii faktorların təsirindən yararsız hala düşdüyü üçün əsaslı təmir-tikinti işlərinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan bürosuna Muxtar Respublikanın Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2,5 kilometr uzunluğunda olan yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolda artıq torpaq işləri yekunlaşmaq üzrədir. İki zolaqdan ibarət və hər zolağın eni 3,5 metr olan yolun torpaq hissəsinin eni 8, asfalt hissəsinin eni isə 7 metr olacaq. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların bərpası ilə yanaşı, 69 yeni metal boru su keçidi quraşdırılıb və bir beton su keçidinin tikintisi də başa çatıb. Bununla yanaşı, avtomobil yolundan yağış və sel sularının kənarlaşdırılması üçün uzunluğu 2100 metr olan beton su kanalı və yolda yerləşən bir körpü də tikilib.
Əsaslı təmir-tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanları, siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Yol istifadəyə verildikdən sonra həm vətəndaşların, həm də avtomobillərin rahat gediş-gəlişi təmin olunacaq.


İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












