Bu respublikadan birbaşa dəmir yolunun açılması planlaşdırılır

İnquşetiya Respublikasının rəhbərliyi 2026-cı ilə qədər Azərbaycanla birbaşa dəmir yolu əlaqələrinin açılacağına ümid edir. "Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Sunji şəhər şurasının sədr müavini Adam Kalimatov deyib. “Hökumət dəmir yolunun bəzi hissələrini boşaltmaq və onları qorumaq üçün konkret addımlar atır. Yerli sakinlərlə izahedici işlər aparılır, yollar təmizlənir”, - o vurğulayıb.
A.Kalimatov qeyd edib ki, Sunjadakı dəmiryol vağzalı 1990-cı ildə Çeçenistan Respublikasında gedən döyüşlərdən əvvəl mövcud olub:
“Stansiyanın fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Stansiya hələ də “Rusiya Dəmir Yolları”nın balansındadır. Onun iki il ərzində, 2026-cı ilə qədər yenidən fəaliyyətə başlayacağı vəd edilir. Stansiyanın işə düşməsi ilə bizim Mahaçqala, Qroznı və Bakı ilə birbaşa əlaqəmiz olacaq. Bu, müvafiq şəraiti və yeni iş yerləri olan beynəlxalq stansiya olacaq”.
Sədr müavini bildirib ki, marşrutun açılması ticarətin və regional iqtisadiyyatın inkişafına yeni təkan verəcək:
“İnquşetiya sakinləri qatarla Bakıya səfər edə biləcəklər. Paralel olaraq, hakimiyyət orqanları Rusiyanın təsis qurumlarında mobil məntəqələrin və dayanacaq stansiyalarının təşkili məsələsini həll edir”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












