Bu yolda yarımdairə ləğv edilir - VİDEO

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti yenidən təşkil edilir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz olunacaq. Ekspertin sözlərinə görə, bu layihənin icrasına çoxdan ehtiyac var idi.
Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək. Həmçinin ərazidə norma və qaydalara uyğun yol nişanlanması da aparılacaq.
Ərşad Hüseynovun sözlərinə görə, layihənin icrası üçün ərazidə yerləşən iaşə obyektləri sökülmək məcburiyyətində qalarsa, qanunvericiliyə uyğun olaraq obyekt sahiblərinə kompensasiya ödənilməlidir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












