"Cavanşir" körpüsünün söküldüyü ərazidən SON VƏZİYYƏT - FOTO - VİDEO

“Cavanşir” yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol infrastrukuturunun yaradılması istiqamətində işlər davam etdirilir.
“İnşaat Norma və Qaydaları”na əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər çərçivəsində artıq ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması yekunlaşıb. Daha sonra ərazidə yararsız qruntun qazılaraq çıxarılması, kommunikasiya xətlərinin köçürülməsi, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağının inşası istiqamətində işlər aparılıb.
Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yol əsasının inşası da yekunlaşdırılaraq artıq asfaltlanma işlərinə başlanılıb.
Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat hərəkətini təmin edəcək.
İşlərinin tərtib olunmuş qrafikə uyğun yerinə yetirilib yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan Cavanşir yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilmişdir.
Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilmişdir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR





























