“Cəfər Cabbarlı” metro stansiyasının yerüstü işləri tamamlanıb

“Cəfər Cabbarlı” metro stansiyasının əsaslı təmiri və yenidən qurulması işləri çərçivəsində yerüstü sahədə başlanılmış ilk tədbirlər başa çatdırılıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlər planına uyğun olaraq, “28 May” stansiyasının qarşısındakı meydançada “Cəfər Cabbarlı” stansiyasının konstruksiyalarının mühafizəsini gücləndirmək məqsədilə aparılan tədbirlər çərçivəsində yerin üst təbəqəsi sökülərək, yenilənib.
"Meydançanın sıx hərəkət sahəsi olduğu nəzərə alınaraq, işlər bir neçə istiqamətdə aparılıb. Əsas məqsəd “28 May” və “Cəfər Cabbarlı” stansiyalarından, müvafiq keçidlərdən istifadə edən, həmçinin ərazidən keçən piyadaların hərəkət təhlükəsizliyi və rahatlığını təmin etmək olub. Sentyabr ayının son ongünlüyündə paytaxtda yeni tədris mövsümünün başlanılması, “28 May” stansiyasının giriş-çıxışlı olması nəzərə alınaraq, ilk işlər məhz stansiyanın giriş sahələrinin pilləkənləri qarşısında icra olunub.
Tədbirlər planına uyğun olaraq, ərazinin mürəkkəb relyefində görüləcək işlərin həcmi və ardıcıllığı ən kiçik detallarına qədər diqqətlə müəyyən edilib. İlk əvvəl sökülmüş sahələrdə yeraltı kommunikasiya xətləri çəkilib. Bu xüsusda, yağıntı sularının stansiyaya sızmasının qarşısı alınaraq, kənarlaşdırılması üçün drenaj sistemi də qurulub. Yeni izolyasiya təbəqəsinin yaradılaraq, yağıntıların yönləndirilməsi üçün müvafiq mailliklər təmin edilib.
Bundan savayı, zamanla zədələnərək sıradan çıxmış döşəmə daşları ətraf ərazinin ümumi görkəminə uyğun olaraq yenilənib", - məlumatda deyilir.
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq












