Çin şirkəti qadınlar üçün smartfon buraxacaq

“Huawei” qadınlar üçün qatlana bilən bir smartfon üzərində işləyir.
İlk cinsiyyət yönümlü qatlana bilən telefonun yaradılacağı barədə Çinin məşhur insayderi "Digital Chat Station" məlumat yayıb.
Müəllif “Weibo”dakı bloqunda, “Huawei”in qadın auditoriyası üçün cihaz kimi yerləşdiriləcək smartfon buraxacağını söyləyib.
Mütəxəssis cihazın hansı səbəblərdən qadınlar üçün nəzərdə tutulduğunu açıqlamayıb.
Bununla bərabər, müəllif ağıllı telefonun qapaqlı bir formada olacağını, yəni açılacağını və şaquli qatlanacağını deyib. Mənbə yeni “Huawei” cihazının nə vaxt satışa çıxarılacağını bildirməyib.
Çin korporasiyasının ən son qatlana bilən smartfonu fevral ayında buraxılan Mate X2-dir. Cihaz iki yarıdan ibarətdir, içərisində səkkiz düymlük OLED ekran, xaricində-6.45 düymlük ekran var.
Telefon Kirin 9000 çipi ilə təchiz edilib, səkkiz gigabayt RAM, 50, 12, 8 və 16 meqapiksellik dörd linzalı Leica kamerasına malikdir.///lent.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












