Çindən yola düşən 3 yük nəqliyyat vasitəsi bu gün Azərbaycana çatıb - FOTO

“Çin - Avropa birbaşa sürətli keçid - Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımaları həyata keçirilir. Çindən yola düşən 3 yük nəqliyyat vasitəsi bu gün Azərbaycana çatıb. Avtosfer.az “Azərtac” istinadən xəbər verir ki, layihənin əsas məqsədi Çin – Qazaxıstan – Azərbaycan – Gürcüstan marşrutu üzrə beynəlxalq avtomobil daşımalarında sərhəddə gözləmə vaxtları, gömrük prosedurları, nəzarət və yoxlamalar, habelə mövcud nəqliyyat infrastrukturu haqqında məlumatların əldə edilməsidir.
Bu gün yük nəqliyyat vasitələrini müşayiət edən Çin nümayəndə heyəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirdə Çin nümayəndə heyətinə Azərbaycan ərazisindən tranzit daşımalar, yük növlərinin daşınmasına dair tələblər, yükdaşımaların tənzimlənməsi və s. barədə ətraflı məlumat verilib, təqdimatlar nümayiş etdirilib.
Bildirilib ki, ilk dəfə olaraq 2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarının reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük önəm kəsb edən layihənin uğurla həyata keçirilməsi Orta Dəhlizin potensialının artırılmasına, gələcəkdə ondan istifadənin genişləndirilməsinə töhfə verəcək. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin aparıcı qüvvəsi olan Azərbaycanın strateji mövqeyinin daha da möhkəmlənməsinə və tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO














