Dayanacaqlara yenidən “Bakıkart” terminalları QURAŞDIRILACAQ? - Rəsmi CAVAB

Paytaxtın demək olar ki, bütün dayanacaqlarından “BakıKart” ödəniş terminalları götürülüb. Bu da ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin işini çətinləşdirib.
Avtosfer.az xəbər verir ki, hazırda “BakıKart”ın balansını onlayn formada artırmaq mümkün olsa da bu funksiyadan hər yaş kateqoriyasından olan şəxslər yararlana bilmir. Sərnişinlər “BakıKart” yükləmə aparatı və ya “MilliÖn” ödəmə terminalı axtarışına çıxırlar. “MilliÖn” aparatları əsasən marketlərdə qoyulur. Həmin marketlərin bəzisi dayanacaqlardan uzaq məsafədə yerləşir. Bu da yaşlı insanlar üçün əlverişli deyil.
Belə olduqda vətəndaşlar kimdənsə onun əvəzinə ödəniş etməyi xahiş edirlər. Bir sözlə, əlində “BakıKart”ı və pulu olan vətəndaş özündən asılı olmayan səbəbdən belə vəziyyətlə qarşılaşır.
Bəs bütün bu vəziyyətin yaranma səbəbi nədir? Bütün dayanacaqlarda “BakıKart” və ya “MilliÖn” aparatlarının quraşdırılması planlaşdırılırmı?
“Bakıkart”-dan Bizim.Media-ya bildirilib ki, texniki cəhətdən bütün dayanacaqlarda terminal quraşdırılması mümkün deyil.
“PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyətindən isə saytımıza bildirilib ki, paytaxtdakı dayanacaqlara ən yaxın məsafədəki marketlərdə “MilliÖn” aparatı quraşdırılıb:
“Hər dayanacağın yanında və ya arxasında marketlər var. Bu marketlər avtobus dayanacağından ən uzağı 100 metr məsafədə yerləşir. Hazırda paytaxtda quraşdırılan smart dayanacaqlarda da “MilliÖn” aparatlarının quraşdırılması planlaşdırılır”.
(bizim.media)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












