Dəmiryol nəqliyyatı haqqında Nizamnamə təsdiqləndi

Dəmiryol nəqliyyatı haqqında Nizamnamə təsdiqlənib.
Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Nizamnamə ümumi və qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin təşkilati əsaslarını müəyyən edir.
Ümumi istifadədə olan dəmiryol nəqliyyatı xidmətlərinin tarifləri, normativ hüquqi aktlarla müəyyən edilən məhdudiyyətlər və digər tələblər barədə məlumatlar ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi (bundan sonra - infrastruktur sahibi) və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatında, qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatının fəaliyyətinin və ya daşıma prosesinin ayrı-ayrı əməliyyatlarının yerinə yetirilməsini təmin edən dəmir yollarının, dəmiryol stansiyalarının, elektrik təchizatı tikili və qurğularının, rabitə şəbəkələrinin, siqnalizasiya, mərkəzləşmə və bloklama sistemlərinin, informasiya komplekslərinin, hərəkəti idarəetmə sistemlərinin, digər bina, tikili, meydança, qurğu, qoruyucu tikili və avadanlıqlarların (bundan sonra - qeyri-ümumi istifadəli dəmiryol nəqliyyatı obyektləri) sahibləri tərəfindən isə onların internet informasiya ehtiyatında və ya elan lövhələrində yerləşdirilir.
Sifarişlər (dövlət sirri təşkil edən məlumatların olduğu sifarişlər istisna olmaqla) infrastruktur sahibi və daşıyıcı tərəfindən onların internet informasiya ehtiyatı üzərindən qəbul olunur.
Nizamnamədə istifadə olunan anlayışlar "Dəmiryol nəqliyyatının texniki istismar Qaydaları"nda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












