"Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları" təsdiq edildi

Nazirlər Kabineti "Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları"nı təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, qaydalar Azərbaycanda dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınmasının təşkili və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Belə ki, şəhərətrafı qatarda 7 yaşınadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə pulsuz, 7 yaşdan böyük uşaqlar gedişhaqqı ödənilməklə daşınacaqlar.
Rayonlararası (şəhərlərarası) sərnişin qatarında isə 10 yaşınadək uşaqların yetkinlik yaşına çatmış sərnişinin müşayiəti olmadan daşınmasına yol verilməyəcək, yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə ayrıca yer tutmadan gediş sənədi rəsmiləşdirməklə 5 yaşına qədər bir uşaq pulsuz aparılacaq.
7 və 10 yaşınadək uşaqlar müşayiət olunmadıqda daşıyıcının nümayəndələri onları ən yaxın dəmiryol vağzalında və ya məntəqədə polisə təhvil verəcəklər.
Bundan başqa, şəhərətrafı qatarın 20 dəqiqədən çox ləngiməsi və yaxud hərəkətinin ləğvi ilə əlaqədar istifadə edilməyən gediş sənədi (bilet) qaytarıldıqda sərnişin tam gediş haqqını geri almaq hüququna malikdir. Belə hallarda sərnişinin əlavə olaraq gedilməyən məsafə üzrə boş yer olduğu təqdirdə növbəti qatarla təyinat nöqtəsinə və ya əks istiqamətli qatarla başlanğıc nöqtəsinə (geri qayıtma) daşınmasını tələb etmək hüququ var.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












