Dənizkənarı bulvarın ərazisinin bəzi döşəmələri yenilənəcək

Dənizkənarı bulvarın ərazisinin bəzi döşəmələri yenilənəcək.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Dənizkənarı Bulvar İdarəsi hazırlıqlara başlayıb.
10 948 kvadrat metrlik ərazi ağ rəngli daşla, 3 572 kvadrat metrlik ərazi boz rəngli daşla, 595 pagon metr ərazi səki daşı ilə döşənəcək.
Bundan əlavə, 726 kub metr atsep, 44 kub metr qara qum və 58 ton sement istifadə olunacaq.
İdarə qeyd olunan məhsulları “Leads Group Supply” Məhdud Məsuliyyətli Cəmiyyətindən alacaq və bunun müqabilində 200 min manatlıq müqavilə bağlanılacaq.
Qeyd edək ki, “Leads Group Supply” 2018-ci ildə dövlət qeydiyyatına alınıb.Əvvəllər "FUTURO" Məhdud Məsuliyyətli Cəmiyyət olaraq fəaliyyət göstərən şirkət 2022-ci iin mayında adını dəyişərək “Leads Group Supply” kimi fəaliyyətə başlayıb. MMC-nin hüquqi təmsilçisi Əhmədov Əli Vidadi oğludur. Nizamnamə kapitalı 1 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev ev 71-dir. “Leads Group Supply” indiyədək bir çox dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olub və buna görə də dövlət qurumlarının tenderlərinin "sevimli" qalibinə çevrilib. Şirkət müxtəlif sənaye sahələrindəki müəssələri geniş çeşidli məhsullarla, elektrik və məişət malları, sənaye materialları ilə təmin etməklə məşğuldur.
Xatırladaq ki, bulvar ərazisində döşəmə örtüyü mütəmadi olaraq sıradan çıxır. Döşəmə daşlarının tez-tez yararsız hala düşməsi isə onun materialının keyfiyyətsiz olduğunu göstərir. Bu ilin əvvəlində də analoji hadisə ilə bağlı İdarəyə ünvanladığımız sorğuya cavab olaraq məsələdən xəbərdar olduqları və problemin aradan qaldırılacağı bildirilib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












