Deputat sürücülər üçün bu cərimələrin artırılmasını TƏKLİF ETDİ

Milli Məclisin deputatı Jalə Əhmədova sükan arxasında mobil telefondan istifadə edən sürücülərə qarşı tətbiq olunan cərimə məbləğinin artırılmasını təklif edib.
Avtosfer.az xəbər verir ki, deputat 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüylə bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində keçirilən tədbirdə çıxışı zamanı bu məsələyə toxunub.
Son zamanlarda sükan arxasında olarkən mobil telefondan istifadə edən sürücülərin sayının artdığını qeyd edən deputat, mövcud əməlin yol-nəqliyyat hadisələrinin baş verməsi, ciddi qayda pozuntularına səbəb olmasını vurğulayıb.
Hal-hazırda qayda pozuntusuyla bağlı tətbiq edilən cərimə məbləği 50 manat müəyyənləşsə də, Jalə Əhmədova bu sahəyə nəzarətin gücləndirilməsini və mövcud məbləğin miqdarının artırılması fikrini irəli sürüb.
Deputat həmçinin 12 yaşına çatmamış uşaqları ön oturacaqda əyləşdirən sürücülərə qarşı cərimə məbləğinin artırılmasını da təklif edib.
Nərmin Əkbər
Bakının şimal girişində sıxlıq azaldacaq yeni yol tikilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












