Düriyyə‒Şümrüd avtomobil yolun əsaslı təmiri yekunlaşmaq üzrədir - VİDEO - FOTO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Astara rayonunun Düriyyə - Şümrüd avtomobil yolunun əsaslı təmiri son mərhələdə olmaqla davam etdirilir.
Avtosfer.az xəbər verir ki, əsasən torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında gediş-gəliş çətinləşir, istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində maneələr yaşanırdı. Bütün bunlar nəzərə alınaraq layihə çərçivəsində ümumi uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilib, bura 4 metr hərəkət hissə və 2 metr çiyin hissələr daxildir.
Artıq layihə üzrə yol yatağının yararsız qruntunun çıxarılması, əks-dolğu və zəruri qruntun tökülərək kipləşdirilməsi işləri, lazım olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması yekunlaşıb.
Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan yol çınqıl örtüklü olmaqla 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Düriyyə‒Şümrüd avtomobil yolunun yenidən qurulmasında məqsəd 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
























