Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisindən görüntülər - FOTO

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu digər yola nisbətən daha qısadır. Əsas hissəsi dağlıq relyefdən keçən yolda maksimum eniş-yoxuş mailliyi 6 dərəcədən çox olmayacaq ki, bu da gediş-gəlişi daha çox rahatlaşdıracaq.
Yolda aparılan tikinti işləri haqda danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qarabağ layihələri üzrə mühəndisi Əyyub Hüseynov müsahibəsində bildirib ki, ümumi uzunluğu 81,7 km olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının inzibati ərazilərindən keçməklə inşa olunur.
Yol birinci texniki dərəcənin tələblərinə uyğun olaraq tikilir və ilk 48 kilometr hissəsi 6 hərəkət hissəli, 33,7 kilometr hissəsi isə 4 zolaqlıdır. Yolun torpaq yatağının eni 29,5 və 21,5 metrə bərabərdir. Yol oxu boyu 7 ədəd tunel 11 ədəd körpü, 9 ədəd viaduk, 38 ədəd alt keçid, 194 ədəd dairəvi boru mövcuddur. Avtomobil yolu boyu torpaq yatağı daxil olmaqla əsas işlərin icrası başa çatıb. Yol yatağının tikintisinə başlanılıb və əsasən qırmadaş layı, dənəvər layın və üst asfalt-beton layının işləri üçün tam hazırlıq görülüb. İşlərin vaxtında və keyfiyyətli aparılması üçün əraziyə kifayət sayda canlı işçi qüvvəsi və texnika cəlb olunub. Yol oxu boyunca yerləşən 7 ədəd tunel var. “Tunel-1”in uzunluğu birtərəfli olmaqla 3370 metrə bərabərdir.
Ümumilikdə isə 7 ədəd tunelin uzunluğu isə hər iki istiqamət daxil olmaqla 12690 metr təşkil edir və hər bir tunel 2 gediş və 2 gəliş zolaqlıdır. Tunellərin hərəkət hissəsinin eni 8 metr, qabariti isə 7 metr 32 santimetrdir. Tunellər də daxil olmaqla yolda əsas işlərin bu il tamamlanması nəzərdə tutulur. Növbəti ildə isə tunellərdə havalandırma və işıqlandırma, yol oxu boyu isə işıqlandırma işləri əyrixətli brusların quraşdırılması və yolun nişanlanması işləri başa çatdırılacaq. Tunellər həm də yolun qısalmasında mühüm rol oynayır. “Tunel-1” hesabına yol 1 kilometr qısalmaqla həm də 10-a yaxın eniş-yoxuşlu hissənin maneə kimi aradan qaldırılması mümkün olur. Ümumilikdə isə yol üzərində inşa qurğular hesabına mövcud yol digər yola nisbətən 19,3 kilometr qısadır. Birinci texniki dərəcəyə uyğun inşa olunduğu üçün yolda maksimum eniş və yoxuş 6 dərəcədən çox olmayacaq ki, bu da daha rahat gediş-gəlişi təmin edəcək.




İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












