Əli Əsədov qərar imzaladı

Azərbaycanda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları müəyyən edilib və bu sahədə yeni prosedur tətbiq olunacaq.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla təsdiq edilmiş qaydalara əsasən, yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi xarakter daşıyacaq, digər binaların enerji effektivliyi pasportu isə mülkiyyətçi və ya idarəçi tərəfindən könüllü əldə ediləcək. Yeni sənəd binaların enerji və karbon qazı emissiyası siniflərini, bərpa olunan enerji mənbələrindən istifadə faizini, həmçinin istilik, soyuqluq təchizatı, isti su, işıqlandırma və havalandırma üçün enerji sərfi göstəricilərini ehtiva edəcək.
Elektron sənəd formasında rəsmiləşdiriləcək bu pasport binada hər hansı yenidənqurma və əsaslı təmir işləri aparılmadığı təqdirdə 10 il müddətində qüvvədə qalacaq.
Pasportlaşdırma proseduru Enerji Effektivliyi İnformasiya Sistemi (EEİS) vasitəsilə, müvafiq lisenziyası və sistemə giriş hüququ olan xüsusi tərtibatçılar tərəfindən müqavilə əsasında həyata keçiriləcək.
Qərara əsasən, Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 73 nömrəli qərarı ləğv edilib. Bu qərar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












