Banner

Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür

Gündəm 5 Oktyabr 2026 09:30
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
WhatsApp kanalımıza abunə olun

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket və artilleriya atəşinə tutmasından altı il keçir.

Avtosfer.az xəbər verir ki, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və Mərkəzi Xəstəxananın yaxınlığına düşən raket mərmiləri nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb.

Hadisə zamanı şəhərin mülki infrastrukturu da ciddi zərər görüb.

Xatırladaq ki, Vətən müharibəsi dövründə - 2020-ci ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Bərdə ümumilikdə beş dəfə düşmən atəşinə məruz qalıb. Həmin hücumlar nəticəsində 28 mülki şəxs həlak olub, 108 nəfər isə yaralanıb.

Oxunub : 186
ŞƏRH YAZ
Ad

E-mail

Şərh