Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq

Bakı metropolitenində dörd keçid stansiyası olacaq.
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-ın yeni "Oxucu soruşur" layihəsinin qonağı olan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:
"Bakı metropoliteninin "bənövşəyi", "yaşıl" və "qırmızı" xətləri bir-biri ilə kəsişəcək və bu da sərnişinlərə bir xətdən digərinə keçid imkanı verəcək. Yəni "Avtovağzal" stansiyasından metroya daxil olan sərnişin "Nizami" stansiyasından keçməklə "Sahil" stansiyasına gedə biləcək.
Bu vaxta qədər "yaşıl" və "qırmızı" xətlər arasında yalnız bir keçid stansiyası var idi - "28 May" stansiyasında. "Yaşıl" xətdən gələn sərnişinlər bu stansiyadan "qırmızı" xəttə keçid edə bilirdilər. Amma indi təkcə "bənövşəyi" xəttin altı stansiyasının üçü həm də keçid funksiyası daşıyacaq. Sərnişin "Avtovağzal" stansiyasından metroya daxil olub, istəsə, "Memar Əcəmi" stansiyasından keçid edib "Elmlər Akademiyası" stansiyasına gələcək, istəsə, "Nizami" stansiyasından.
Digər keçid stansiyamız "Sahil" stansiyasının yanında inşa olunacaq. Bu keçid stansiyası vasitəsilə sərnişinlər "bənövşəyi" xəttin "Avtovağzal" stansiyasından metroya daxil olmaqla "Sahil" stansiyasına, oradan isə "qırmızı" xətt üzrə "Əhmədli", "Həzi Aslanov" stansiyasına gedə biləcəklər.
Daha bir keçid stansiyamız isə "Xətai" stansiyasının yanında inşa ediləcək ki, sərnişinlər bu stansiya vasitəsilə də digər xətlərə keçid edə biləcəklər. Bununla da metro stansiyaları yerüstü nəqliyyatın yükünü azaldacaq".
Qeyd edək ki, "Oxucu soruşur" layihəsinin tam versiyasına bu gün saat 20:00-da "Oxu TV" "YouTube" kanalında izləyə bilərsiniz.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












