Fantastik nəqliyyat layihəsi: 25 min yük maşınını əvəz edəcək - FOTO

Yaponiya hökuməti ölkənin iri şəhərlərini gündəlik milyonlarla ton yük daşıyacaq avtomatlaşdırılmış logistika xətlər şəbəkəsi ilə birləşdirməyi planlaşdırır.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, “Monster” adlı inqilabi nəqliyyat layihəsi 500 kilometrlik yük konveyerinin yaradılması üçün Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin ekspert qrupu tərəfindən hazırlanır. Yeni avtomatlaşdırılmış xətlər şəbəkəsi təxminən 25 min yük maşınını əvəz edə biləcək.

Tokio və Osaka şəhərləri arasında nəzərdə tutulmuş marşrut üzrə malların daşınması, həmçinin çatdırılma sənayesindəki işçi çatışmazlığı ilə əlaqədar yaxınlaşan logistika böhranının qarşısını alacaq. Eyni zamanda on minlərlə yük maşını yoldan çıxarılaraq istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq.

Təkcə avtomatlaşdırılmış logistika xətti infrastrukturunun qurulmasının dəyəri təxminən 23 milyard dollara başa gələcək.
Layihənin başlanğıc tarixi 2034-cü ilə qədər müəyyən edilib.
Namiq Musayev
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












