Gömrük Komitəsindən daha bir yenilik - Bir saatlıq iş 20 dəqiqəyə həll olunacaq - VİDEO

Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən yenilik hesabına poçt göndərişləri vasitəsilə xaricdən gətirilərkən gömrük nəzarəti və ödənişləri tələb olunan bağlamaların rəsmiləşdirilməsi prosesi sadələşdirildi. Komitənin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu məqsədlə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki Bakı Karqo Terminalının inzibati binasında xüsusi mərkəz yaradılıb və bağlamaların rəsmiləşdirmə prosesindəki bütün əməliyyatlar vahid məkanda, ən qısa vaxt ərzində həyata keçirilir.
Nahar fasiləsində də fəaliyyətini davam etdirən mərkəzdə quraşdırılan kompüter və elektron köşklərdən istifadə etməklə vətəndaşlar “Smart customs” tətbiqi üzərindən bəyannamələrdə düzəlişlər apara, gömrük ödənişlərini həyata keçirə bilərlər. Vaxt itkisinin qarşısını almaq məqsədilə gömrük rəsmiləşdirilməsi və anbar ödənişləri vahid məkanda, bir pəncərə sistemi ilə reallaşdırılır .
Bundan başqa texnoloji sxemdə aparılan təkmilləşdirmələr hesabına gömrük nəzarəti zamanı yol verilən təkrarlamalar da aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələri tərəfindən aparılan təhlillərə əsasən bağlamaların gömrük rəsmiləşdirilməsinə görə vətəndaşlar əvvəllər 40 dəqiqədən 3 saata qədər vaxt itirirdisə, artıq bu mərkəzdə bütün proseslər maksimum 20 dəqiqə ərzində həyata keçirilir.
Artıq tətbiqinə başlanan yeniliklər xidmətlərin əlçatanlığının, gömrük prosedurlarının rasionallığının təmin edilməsi, əməliyyatların sadə, asan, sürətli şəkildə həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılmasına şərait yaradacaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














