Hadruta gedən yeni yolun tikintisindən SON GÖRÜNTÜLƏR

Bu məsələ illərdir susuz qalan bölgələrimizin də bundan sonra su probleminin həllini tapmasına kömək olar.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Artıq avtomobil yolunun 20 km-lik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.Yeni salınan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 20 km-lik hissəsində asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yeni yol yatağının inşası davam etdirilir.Layihə üzrə suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan 37 dairəvi boru, 9 düzbucaqlı su keçidi, 7 yolaltı keçid və ehtiyat keçidləri üzrə tikinti işləri sona çatdırılıb.Həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun müəyyən olunmuş hissələrində 6 avtomobil körpüsünün inşası da layihə üzrə icra olunur. Artıq sözügedən 4 körpünün inşası yekunlaşıb. Qeyd edək ki, uzunluğu 39.7 km olan yol 4 hərəkət zolaqlıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












