“Halal” sertifikatlı otellər Azərbaycana nə verəcək?

Azərbaycanda bəzi otellərə “Halal” sertifikatının verilməsi həyata keçiriləcək. Bu otellər bir çox müsəlman ölkələrində mövcuddur. Azərbaycanda da bu konseptin yaradılması ölkə turizminə necə təsir edəcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, Azərbaycanda inşaası nəzərdə tutulan dini otellər halal konspeti ilə çalışacaq:
“Bu otellərin fəaliyyəti regionlarda, eyni zamanda paytaxt ərazisində də nəzərdə tutulub. Ümumiyyətlə, istənilən hər hansı otel də bu konseptə keçə bilər. Bu, Azərbaycana yeni müştəri portfeli yaradacaq. Dünya təcrübəsində də bu konseptlə çalışan otellər var. Xüsusilə ərəb ölkələrində olan bu kimi otellər qardaş Türkiyədə də mövcudur”.

Ekspertin sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərəcək dini otellər Azərbaycana gələn turist sayına təsir edərək əlavə müştəri bazası yaradacaq:
“Hesab edirəm ki, dini konseptdə otellər fəaliyyət göstərsə, yəni halal və alkoqolsuz qidalardan ibarət bufet və ayrı-ayrı hovuzlar mövcud olsa, xüsusi namaz otaqları ayrılsa, Azərbaycana yeni müştəri bazası yaradacaq”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












