Hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

Niderlandın Amsterdamdakı ən böyük “Sxipxol” hava limanı sərnişinlərin təhlükəsizlik nəzarəti müddətini 3 saniyəyədək azaldacaq.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu cür yeniliklər müəssisənin tədarük etdiyi ən müasir avadanlıq sayəsində mümkün olub. “Sxipxol” sərnişinləri təhlükəli əşyalara görə yoxlayan tam 53 skaneri yeniləyib.
“Yeni skanerlərin alınmasında səyahətçilərin və təhlükəsizlik xidmətinin əməkdaşlarının təhlükəsizliyi və rahatlığı çox böyük əhəmiyyət kəsb edib”, -deyə hava limanında bildirilib.
Yeni avadanlıq cəmi 3 saniyəyə sərnişinin üzərində təhlükəli bir şeyin olub-olmamasını qiymətləndirir. O, həmçinin təhlükəsizlik əməkdaşının iştirakı ilə daha ətraflı yoxlamaya göndərilməsi zəruri olan səyahətçilərin sayını azaltmağa imkan verir.
Yeni skanerlərin köməyi ilə “Sxipxol” artan sərnişin axınının öhdəsindən gəlməyi ümid edir. Bu ilki may bayramları zamanı pik günlərdə Amsterdamdan gündə 80 mindən çox səyahətçi uçacaq.
Bundan öncə “Sxipxol” kompüter tomoqrafiyası texnologiyasından istifadə edən əl yükü üçün müasir skanerlər alıb. Bu cihazlar sərnişinlərə ayrıca yoxlama üçün elektronikanı çamadanlardan çıxarmamağa imkan verir. Bundan əlavə hava limanı təyyarələrdə mayelərin daşınmasına qoyulan sərt məhdudiyyətləri aradan qaldırıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












