Heç yerə getmədən MMC yaratmaq mükündür - EKSPERT AÇIQLADI

“Heç yerə getmədən, heç kimə müraciət etmədən, heç bir ödəniş etmədən, elə oturduğun yerdə SİMA-dan istifadə etməklə MMC yaratmaq mümkün oldu. Nəhayət ki, SİMA Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin yeni portalına, new.e-taxes.gov.az –a inteqrasiya olunub.”
Avtosfer.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib. Onun sözlərinə görə, Dövlət Vergi Xidməti də artıq uzun illərdən bəri köhnələn sisteminin yenilənməsini başa çatdıra bilib.

“Bu inteqrasiya prosesində diqqət çəkən iki məqam var. Birincisi odur ki, hələlik SİMA yalnız vətəndaşlar- fiziki şəxslər üçün VÖEN almağa və elektron formada MMC yaratmağa kömək olacaq.Yəni, hələlik hüquqi şəxslərin vergi məsələləri üçün SİMA-dan istifadə imkanı öz həllini gözləməkdədir.
İkinci diqqət çəkən məqam odur ki, DVX məhz SİMA-nın biometrik identifikasiya məsələsindən effektiv istifadə etməklə öz problemini də həll etmiş olub.”
Ekspert bildirib ki, uzun illər bir çox şəxslər hansısa yollarla ASAN imza alaraq, yaxud kiməsə aldıraraq, onunla MMC yaradıb, şübhəli biznes əməliyyatları edərək yoxa çıxa bilirdilər.
“Dövlət Vergi Xidməti (DVX) də bununla bağlı bir neçə dəfə açıqlamalar vermişdi, xeyli məhkəmə çəkişmələri vardı.
İndi isə, SİMA-da biometrik eyniləşdirmə (üz tanıma) olduğundan görünür ki, DVX qeyd olunan problemə nöqtə qoymaq üçün məhz bu məqamı nəzərə alaraq tez bir zamanda elektron formada MMC yaratmaq prosesinə SİMA-nı inteqrasiya edib.”
Osman Gündüz onu da əlavə edib ki, tez bir zamanda SİMA hüquqi şəxslər üçün və bütün vergi xidmətləri üçün, xüsusən də vergi hesabatları və bəyannamələr, e-qaimələr və s. əməliyyatlar üçün də əlçatan ola bilər.
“Ümimiyyətlə, mobil imza bazarında ASAN imzanın inhisarçı mövqeyinin azaldılması və bu sektorda rəqabətli mühitin formalaşdırılması ölkədə əlverişli biznes mühitinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
RİNN-nin, AzİnTelecom-un və DVX-nin identifikasiya sahəsində təhlükəsiz alternativlərin, biometrik texnologiyaların tətbiqilə rəqabətli mühitin formalaşdırılması istiqamətində səyləri təqdirəlayiqdir.”
Leyla
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










