Həsən Məcidov küçəsində aparılan təmir işləri başa çatıb

Yasamal rayonunda Həsən Məcidov küçəsinin bir hissəsində (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) aparılan təmir işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a bildirilib ki, sözügedən hissənin uzunluğu 330 metr, ortalama eni 12-15 metr təşkil edir.
Təmir çərçivəsində küçəboyu 360 p/m yeni səki daşları düzülüb, köhnə səki daşları bərpa olunub, ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.
Bu işlərə paralel olaraq küçəboyu yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.
Son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. Yaxın günlərdə küçədə piyada zolaqlarının və istiqamətverici oxların çəkilməsi işləri də icra olunacaq.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












