Heydər Əliyev Beynəlxalq Aeroportu yaz-yay uçuş cədvəlinə keçir

Bakı hava limanı 2024-cü ilin martın 31-dən oktyabrın 26-ı daxil olmaqla yay cədvəlinə keçir.
Avtosfer.az-ın xəbərinə görə, bu müddət ərzində Bakıdan 35 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək.
Rusiyanın bəzi şəhərləri, Mərkəzi Asiya, həmçinin Fars körfəzi ölkələrinə uçuşların tezliyi artırılıb. Mart ayından etibarən Paris, Praqa, Barselona, Vyana, Milan və London kimi Avropanın populyar istiqamətlərinə də reyslərin sayı artırılıb. Bununla yanaşı, yeni beynəlxalq aviaşirkətlərin cəlb olunması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət seçimi təqdim edəcək.
Həmçinin, yaz-yay keçid dövrünə hazırlıq planı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda istehsalat fəaliyyətlərində və uçuşlarda təhlükəsizliyin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












