Hövsan qəsəbəsində məhəllədaxili yollarda təmir işləri aparılır - FOTO - VİDEO

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsində Südçülük yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır.
AAYDA-dan Avtosfer.az-a bildirilib ki, uzunluğu 1000, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb.
Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla icra olunur.
Qeyd edək ki, “İnvestisiya Proqramına”na əsasən, cari il ərazində Hövsan qəsəbəsi ərazisində ümumi uzunluğu 4,5 kilometr təşkil edən küçənin təmiri nəzərdə tutulub.






Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












