“İcazə” blanklarının dövlət sərhədində kvotadan kənar verilməsi ləğv edilib

Azərbaycan Respublikası Prezidentinin 29 mart 2023-cü il tarixli Fərmanı ilə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi ləğv edilib.
Avtosfer.az xəbər verir ki, beynəlxalq sərnişin və yük daşımaları Azərbaycan Respublikası ilə digər ölkələr arasında kvota ilə müəyyin edilən “İcazə” blankları əsasında həyata keçirilir.
Kvota sistemi ilə yanaşı, sərnişin və yük daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinə sərhəddə kvotadan kənar “İcazə” blanklarının verilməsi mexanizmi də tətbiq edilirdi. Qeyd olunan mexanizmin mövcudluğu isə kvota üzrə mübadilə edilmiş “İcazə” blankı bitən tərəfin avtodaşıyıcılarının sərhəddə müvafiq “İcazə” blankını alaraq yerli daşımalar bazarına daxil olmaqla ölkə ərazisinə və ərazisindən yüklərin və sərnişinlərin daşınmasına imkan yaradırdı. Nəticədə daşımalarla bağlı kvota üzrə mübadilə edilən “İcazə” blanklarının Azərbaycan avtodaşıyıcıları tərəfindən tam şəkildə istifadə edilməməsi, onların müvafiq sifarişlərdən kənarda qalmaları baş verirdi. Bu da öz növbəsində milli avtodaşıyıcıların nəqliyyat parkının yenilənməsinə və sayının artmasına mənfi təsir göstərməklə onların beynəlxalq səviyyədə rəqabətliliyini və bazar paylarını azaltdı, yeni iş yerlərinin yaranması imkanlarını məhdudlaşdırdı.
Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsinin ləğvi ilə kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməyəcək. Həmçinin beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmələrinə münbit şərait yaranacaq. Eləcə də beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payları və beynəlxalq səviyyədə rəqabətliliyi əsaslı dərəcədə artacaq.
Bakının şimal girişində sıxlıq azaldacaq yeni yol tikilir
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












