İki yapon nəhəngi UÇAN AVTOMOBİL istehsalına başladı

Yaponiyanın "Suzuki" və "Skydrive" şirkətləri istifadə üçün uçan avtomobillərin istehsalına başlayıblar.
Bu barədə onların birgə bəyanatında deyilir.
"Bu gün "Suzuki" ilə birlikdə uçan avtomobilin istehsalına başlandığını elan etməkdən çox məmnunam. Biz altı aydan çoxdur ki, istehsala hazırlaşırıq, vahid komanda olaraq bu yeni addımı ata bildiyimiz üçün çox minnətdarıq. Biz havada inqilaba rəhbərlik etmək üçün inkişaf, istehsal və sertifikatlaşdırma üzərində daha da çox işləməyə davam edəcəyik", - "Skydrive"ın baş direktoru Tomohiro Fukuzava bildirib.
Uçan avtomobilin 2025-ci ildə Osakada keçiriləcək "Expo 2025" sərgisində istifadə ediləcəyi gözlənilir. Bundan əlavə, 2026-cı ildə sertifikatlaşdırma və digər zəruri prosedurlardan sonra cihazın fərdi şəxslərə də satılmasına başlanacaq.
"SKYDRIVE" (SD-05) modeli pilot da daxil olmaqla üç nəfəri daşımaq üçün nəzərdə tutulub. Qurğu 12 elektrik mühərriklə təchiz olunub.Şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Maksimal sürət 100 km/saat, uçuş məsafəsi isə 15 km-dir. Onun ilk növbədə taksi kimi, həmçinin tibb işçilərinin sürətli daşınması üçün nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulub. (sfera.az)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












