İtlər və onların sahibləri üçün ilk aviaşirkət yaradılıb

Məşhur it oyuncaqlarının istehsalçısı olan ABŞ-ın “Bark” şirkəti sırf itlərin və onların sahiblərinin daşınması üçün nəzərdə tutulmuş “Bark Air” aviaşirkətinin çarter reyslərinə başlayır. Bu barədə “Azərtac” “New York Post” nəşrinə istinadla xəbər verir.
Hələlik “Bark Air” uçuşları yalnız iki istiqamətdə həyata keçirəcək: Nyu-Yorkdan Los-Ancelesə və Londona. Bir istiqamətə gediş haqqı 6000-8000 dollar arasında dəyişir, lakin bu pula görə itlər və onların sahibləri premium xidmət alırlar.
Kiçik heyvanların kabinədəki daşıyıcılarda, iri heyvanların isə yük anbarında səyahət etdiyi adi uçuşlardan fərqli olaraq, “Bark Air” hər dördayaqlı sərnişini ayrıca oturacaqla təmin edir.
Uçuş və enişdən əvvəl itlərə qulaq tıxanıqlığını aradan qaldırmaq üçün xüsusi içki təklif olunur. Salonda həzin musiqi səslənir və xidmət personalı heyvanların təbii qoxularını təqlid edən feromonları olan təravətləndirici lavanda ətirli dəsmallar paylayır. Bu, itlərin sakitləşməsinə kömək edir. Bundan əlavə, heyvanlar üçün xüsusi yeməklər, səs-küyü ləğv edən qulaqlıqlar və jiletlər verilir.
“Bark Air” aviaşirkətinin ilk uçuşları may ayında həyata keçiriləcək. Xidmətin eksklüzivliyinə baxmayaraq, biletlərin qiymətləri sosial şəbəkələrdə tənqid dalğasına səbəb olub, bir çoxları onları şişirdilmiş hesab edirlər.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












