M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırıldı

Yeniliklər 7 Sentyabr 2026 10:41
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırıldı
WhatsApp kanalımıza abunə olun

Metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda da yenilik tətbiq edilib.

Bu barədə Avtosfer.az-a AYNA-dan məlumat verilib.

Sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır. Bununla da sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər.

Xatırladaq ki, daha əvvəl M1 nömrəli ekspres marşrutda təcrübə uğurla sınaqdan keçirilmişdir.

Oxunub : 78
ŞƏRH YAZ
Ad

E-mail

Şərh