Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir

BMT Baş Assambleyası Orta əsrlərdə dəniz naviqasiyası dövründən qalan və qitələrin sahəsini təhrif edən ənənəvi dünya xəritəsindən imtina edərək, qitələrin - ilk növbədə Afrikanın sahəsini daha dəqiq əks etdirən xəritə ilə bağlı qətnamə qəbul edib. Sənədi 164 ölkə dəstəkləyib, altı dövlət isə bitərəf qalıb. Yalnız ABŞ bunun əleyhinə səs verib və ölkə nümayəndəsi bu qətnaməni "lüzumsuz" adlandırıb.
Avtosfer.az xəbər verir ki, Merkator proyeksiyası adlanan xəritəni ilk dəfə 1569-cu ildə flamand kartoqrafı Qerard Merkator yaradıb. Bu xəritədə ərazi ekvatordan nə qədər uzaqdırsa, onun sahəsi real ölçülərinə nisbətən bir o qədər böyük görünür. Məsələn, klasik xəritədə Qrenlandiya təxminən Afrika ilə eyni ölçüdə görünür, halbuki Afrika Qrenlandiyadan 14 dəfə böyükdür. Buna etiraz edən Toqo hakimiyyəti Merkator proyeksiyasından digər kartoqrafik təsvirlərə keçmək üçün BMT-yə müraciət edib.
İclasda Toqonun xarici işlər naziri Robert Dusse bildirib: “Neçə əsrdir məktəb dərsliklərində, mediada, rəqəmsal platformalarda və rəsmi sənədlərdə istifadə olunan xəritə proyeksiyaları qitələrimizin həqiqi ölçülərini dəqiq əks etdirmir. Xəritələrdəki bu təhriflərin uzun müddət qorunub saxlanılması isə zaman ərzində ciddi nəticələrə səbəb olub. Bu,Afrikanın, eləcə də digər regionların ölçüsünün simvolik olaraq kiçildilmiş şəkildə təqdim olunmasına töhfə verib və nəticədə dünya coğrafiyasına dair yanlış təsəvvür formalaşıb”.
Ali Qurumun Baş assambleyasında keçirilən səsvermədə 164 ölkənin dəstəklədiyi qətnamə layihəsinə 6 dövlət bitərəf qalıb. Amerika Birləşmiş Ştatları isə təşəbbüs haqqında o qədər də yüksək fikrdə deyil.
ABŞ-nin BMT-nin İqtisadi və Sosial Şurasındakı nümayəndəsinin müavini Yarina Ferentseviç bildirib ki, qurum beynəlxalq sülh, rifah və dövlətlər arasında yaxşı münasibətlər kimi real problemlərə diqqət yetirmək əvəzinə, XVI əsrə aid xəritə proyeksiyalarını və onların reparasiyaların, eləcə də koqnitiv ədalətin təşviqindəki rolunu müzakirə edir. Bu qətnamə kimi sənədlər və onların irəli sürdüyü ideoloji gündəlik burada gördüyümüz işə mane olan, quruma sanki yapışıb qalan yükdür və məhz buna görə bu institut öz etibarlılığını itirir. BMT-nin dünyada legitimliyini niyə itirdiyini və dəfələrlə niyə ciddi qəbul olunmadığını soruşanda, biz məhz belə qətnamələri nümunə göstəririk”.
Qətnamə icrası məcburi olan sənəd deyil, lakin onun qəbulu təhsil proqramlarına və gündəlik həyatda istifadə olunan xəritələrə təsir göstərə bilər.
Vüqar
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












