Metro istifadəçilərinə ŞAD XƏBƏR

“Rusiyadan 65 yeni vaqonun alınması razılaşdırılıb. Yaxın 1 il ərzində 35 vaqon, sonrakı ildə 20, ondan sonrakı ildə isə 10 vaqonun gətirilməsi razılaşdırılıb”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Niyə Rusiya?” sualına isə sözçü belə cavab verib:
“Çünki metronun vaqon təsərrüfatı elə bir sahədir ki, onu yenidən qurmaq çətindir. Bir istiqamətdə olan vaqonlara qulluq, baxış, təmir zaman tələb edir. Əgər böyük bir təsərrüfat obyekti qurulubsa, onu qəfil dəyişməz olmaz. Hər hansı bir başqa modeli alanda onun təmiri prosesinə, işçi personalının hazırlığına qədər hər bir iş görülməlidir”.
Bəxtiyar Məmmədov bildirib ki, eyni zamanda stansiyalar üçün 6 yeni təbii havalandırma qurğusu alınıb:
“Onların quraşdırılmasına başlanılacaq. Planlama gələn həftə ərzində tam bilinəcək. Çünki məhsul gəlməmiş sistemin əvəzolunmasına başlamaq mümkün deyil. Hər qurğu iki-iki quraşdırma sistemlərindən ibarət olur. Məhsul əldə olandan sonra proses davam etməlidir.
İl ərzində 6 ventilyatorun alınması da planlaşdırılır. Onların alınması istiqamətində tədbirlərə başlanılacaq”.
Qurumun mətbuat katibi vurğulayıb ki, Novruz bayramı ilə əlaqədar hazırda ənənəvi tədbirlər planı hazırlanır:
“Çox güman ki, yaxın 1 həftə ərzində proqram müəyyənləşəcək”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












